Zaur özü ilə qızının fotosundan istifadə edənləri polisə verdi

zaur-ozu-ile-qizinin-fotosundan-istifade-edenleri-polise-verdi
Oxunma sayı: 5896

Aparıcı Zaur Baxşəliyev özü və qızı Dilavərin fotosundan istifadə edərək öz məhsulunu reklam edən şirkətdən şikayətçi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşaraq dələduzluğa məruz qaldığını bildirib.

“Bu nanəcib kimdirsə, fırıldaqçıdır, yalançıdır. Sizi aldadır. Məşhurların şəkillərindən istifadə edərək qumar oyunlarının reklamı ilə məşğuldur. Aldanmayın! Mən polisə şikayətçi oldum. Mən və ailəm heç vaxt belə reklama çəkilməyib. Bu şəkillər montajdır”,- deyə Zaur qeyd edib.