Zaur Qurbanov bu vəzifəsini itirdi

zaur-qurbanov-bu-vezifesini-itirdi
Oxunma sayı: 10370

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xəbəri rus dilində oxuyun: Банк Республика запустил кредитную кампанию “Юбилейная скидка”! - Фото

“Qafqazinfo” xəbər verir ki, Sərəncamın birinci hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “rəis müavini” sözləri “rəisi” sözü ilə, “Zaur Qurbanov” sözləri “Xəyyam Məmmədov” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Z. Qurbanov SOCAR-ın vitse-prezidenti və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavinidir. Onun yerinə təyin olunan Xəyyam Məmmədov da Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavinidir.