Zaura xəbərdarlıq olundu- - "Danışıqlarına fikir verməlidirlər"

zaura-xeberdarliq-olundu-
Oxunma sayı: 12120


Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində aparıcı Zaur Baxşəliyevin iştirakçıları aşağılaması ilə bağlı məsələyə münsibətini bildirib. 

"Qafqazinfo" xəbər verir ki, Milli Televiziya və RadioŞurasının  Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir: "Aparıcı efirdən belə bir hərəkətə yol verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir verməlidirlər. Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bəlkə, həmin şəxs bunu zarafat kimi qəbul edib. O da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs istəyirsə məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan aparıcılara dəfələrlə tövsiyyə etmişik ki, bu kimi hallara yol verməsinlər. Davranışlarına, danışıqlarına fikir versinlər".

Həmin kadrları bir daha təqdim edirik: