Çində zibilyandırma zovodunun tikintisinə etiraz edən 21 nəfər saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin ifadəsi alınacaq.
Qeyd edək ki, ötən gün hökumətin yeni planına etiraz edən 10 minlərlə insan küçələrə çıxaraq nümayiş keçirib. Lubu şəhər sakinləri hesab edir ki, zibilyandıran zavod havanı və suyu çirkləndirəcək. Nümayişdə bir neçə polis əməkdaşı yaralanıb.
Son xəbərlər
Son Xəbərlər