Zavoddakı partlayışda 89 nəfər xəsarət alıb - Video

zavoddaki-partlayisda-89-nefer-xesaret-alib
Oxunma sayı: 1759

Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşənKristallzavodunda baş verən partlayışlar nəticəsində xəsarət alan 89 nəfər tibb müəssələrinə yardım almaq üçün müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, birinci partlayış trotil, ikincisi isə polimer istehsal edən sexdə baş verib. Partlayışların ardınca zavodda yanğın başlayıb. Partlayış nəticəsində zavodun yaxınlığında yerləşən evlərin enerji təchizatında problem yaranıb, binaların şüşələri qırılıb. 

Partlayışdan sonra Dzerjinsk və 3 qəsəbədə fövqəladə vəziyyət elan olunub.