Kiyev məhkəməsi Ukraynanın keçmiş Daxili İşlər naziri Vitali Zaxarçenkonu qiyabi həbs edib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, eks-nazir 392 milyon dollar çirkli pulun yuyulmasında şübhəli bilinir. Bu işdə onun cinayət ortaqlarının olduğu bildirilir. Baş Prokurorluq məsələ ilə bağlı məhkəməqabağı araşdırmalara başlayıb. 5 gün ərzində qarşı tərəf apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Zaxarçenko 2011-2014-cü illərdə DİN rəhbəri olub.
Son xəbərlər
Son Xəbərlər