Zaxarova kommunikasiyaların açılmasından danışdı

zaxarova-kommunikasiyalarin-acilmasindan-danisdi
Oxunma sayı: 1862

“İqtisadi əlaqələrin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına xidmət edəcək”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz həmişə vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması müsbət tendensiyaların möhkəmlənməsinə və son nəticədə regionda vəziyyətin sağlamlaşmasına xidmət edir”, - deyə Zaxarova söyləyib.