Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın “Bild” qəzetinin ölkənin XİN rəhbəri Sergey Lavrovun gecə saatlarında Pekinə uçması ilə bağlı xəbərini təkzib edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz teleqram kanalında yazıb.
“Sergey Lavrov dünən Smolenkada işləyib və səhər tezdən Moskvada Yaxın Şərqdəki həmkarları ilə danışıqlara hazırlaşmağa başlayıb. Görəsən, bu ideyanı irəli sürən alman jurnalistə mükafat veriləcəkmi?!”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Almaniya nəşrində dərc olunan məqalədə iddia olunur ki, göyərtəsində Lavrovun olduğu təyyarə təyinat yerinə çatmayıb, Novosibirskdən istiqamətini dəyişərək Moskvanın Vnukovo hava limanına enib.
Son xəbərlər
Son Xəbərlər