Zaxarovadan dini liderlərin görüşü ilə bağlı açıqlama

Zaxarovadan dini liderlərin görüşü ilə bağlı açıqlama
Oxunma sayı: 1128

“Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin üçtərəfli görüşü problemlərin aradan qaldırılması üçün vacib formatlardan biridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, dini liderlərin görüşü etimad mühitinin yaradılması, həmçinin Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması üçün vacib formatlardan biridir.

“Hazırki görüş ilk belə görüş deyil. Dini liderlər arasında təmaslar onilliklər ərzində davam edir. Bu görüşlər etibarlılığı ilə fərqlənir”, - deyə Zaxarova qeyd edib.