Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının işdən çıxarılması ilə bağlı yayılan xəbərləri teleserialla müqayisə edib.
“Qafqazinfo” xəbər verir ki, M. Zaxarova bununla bağlı teleqram kanalında paylaşım edib.
“Santa-Zalujni-Barbara serialı nə vaxt bitir? Xoşbəxtlikdən çoxlu popkornumuz var”.
Qeyd edək ki, bir neçə gündür Zalujnının işdən çıxarılması ilə bağlı xəbərlər gündəmdədir.
Son xəbərlər
Son Xəbərlər