“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti”öz meydanında “Vest Bromviç”i 3-1 hesabı ilə məğlub edib. Görüşdə Siti”nin qollarını Pablo Zabaleta , Martin Demikelis və Serxiyo Aquero vurublar. Qonaq komanda “Vest Bromviç”də isə Qraham Dorrans fərqlənib. Bu qələbə ilə xallarının sayını 74-ə yüksəldən və bir oyun az keçirən “Mançester Siti” lider “Liverpul”la xal fərqini 6-ya, II sıradakı “Çelsi” ilə isə 1 xala endirib.
Lakin bu qələbə “Siti”yə baha-başa gəlib. Belə ki, bir-birinin ardınca həm David Silva, həm də Serxiyo Aquero zədələnərək oyunu tərk ediblər.
İqbal
Son xəbərlər
Son Xəbərlər