“Zədəm ciddidir”- - Pərviz Bağırov

zedem-ciddidir-
Oxunma sayı: 2504


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Avropa Oyunlarının boks yarışlarında finala vəsiqə qazanan boksçmuzu Pərviz Bağırov deyib. 

O, yarımfinaldakı görüşündən danışıb. Bağırov həmçinin finalda keçirəcəyi görüş və rəqibi haqqında da fikirlərini bildirib: “Finaldakı rəqibimi tanıyıram. Avropa çempionudur və təcrübəli idmançıdır. Ancaq ümid edirəm ki, mən ona qalib gələcəyəm. Çünki mən ondan sürətli və taktikalıyam”. 

Boksçumuz zədəsinin ciddi olduğunu bildirib: “Zədəm ciddidir. Ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq. Düşünürəm ki, bir problem olmaz”.

Elsevər