Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir

zefer-gunu-azerbaycanda-amnistiya-gozlenilir
Oxunma sayı: 3041

“8 Noyabr” Zəfər Günü ərəfəsində Azərbaycanda növbəti Amnistiya aktı qəbul ediləcək.

“Qafqazinfo”nun məlumatına görə, hazırda Amnistiya layihəsi üzərində hökumətdə iş gedir. Layihə işlənilib bitdikdən sonra Milli Məclisin müvafiq komitəsinə göndəriləcək.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. 

Qeyd edək ki, bu barədə ilk məlumatı gununsesi.info saytı yayıb.

Günel Türksoy