Zəfər Günü münasibətilə Suraxanıda silsilə tədbirlər keçirilir - Fotolar

zefer-gunu-munasibetile-suraxanida-silsile-tedbirler-kecirilir
Oxunma sayı: 1811

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Suraxanı rayonunda İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, şəhid ailələri və qazilərin iştirakı ilə silsilə tədbirlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, “8 Noyabr – Zəfər Günü” ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin, “Atashgah Art Centre”-in birgə təşkilatçılığı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş “Payızın Zəfəri” adlı sərgi keçirilib.

Sərgidə “ABAD”, “Buta”, “İpək Yolu”, “Zadagan”, “Gilabi Ceramics” kimi yerli brendlərin “Qarabağ” kolleksiyaları və tanınmış rəssamların Zəfəri tərənnüm edən rəsm əsərləri nümayiş etdirilib.

Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının, Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsi, Qurban Abbasov adına Mədəniyyət sarayında “Cənnətə bilet” adlı tamaşanın ilk təqdimatı keçirilib.

Müəllifi və rejissoru İlhamə Əhmədova olan və 44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş tamaşanın sonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Suraxanı rayonu üzrə təltif olunub bir qrup qazinin medallarının təqdim edilməsi mərasimi keçirilib.