“Zəfəran” kafesində 22 yaşlı oğlan bıçaqlandı

zeferan-kafesinde-22-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 2307

Ötən gecə Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 02 radələrində Gürcüstan vətəndaşı 2001-ci il təvəllüdlü Hüseynov Aftandil Samir oğlu qarın nahiyəsindən deşilmiş-kəsilmiş xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

İlkin araşdırma zamanı onun Sabunçu qəsəbəsində yerləşən “Zəfəran” kafesində naməlum şəxs tərəfindən bıçaqlanması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.