Zəfəranı Azərbaycanın brendinə çevirən “AZSAFFRON” - Fotolar

zeferani-azerbaycanin-brendine-ceviren-azsaffron
Oxunma sayı: 3046

“AZSAFFRON” brendi məhsullarını böyük bazarlara çıxarmaq üçün yeniliklərə imza atır.

“Qafqazinfo” xəbər verir ki, 150 ildən çoxdur ailə ənənələrinə sadiq qalan şirkətin qurulmasının maraqlı tarixçəsi də var. 

Belə ki, hazırda şirkətə rəhbərlik edən Müşfiq Hüseynovun ailəsi 150 ildən artıqdır ki zəfərançılıq ilə məşğul olur.

Fotoda Müşfiq Hüseynov

Onun babası Rəcəb Hüseynov isə 1959-cu ildə zəfəranı Bakıda yerləşən “Zəfəran” sovxozuna yaxın ərazilərdə becərməyə başlayıb. 

Fotoda Rəcəb Hüseynov

Müşfiq Hüseynovun atası Mikayıl Hüseynov İllərlə bu təsərrüfatla məşğul olduqdan bir qədər sonra zəfəran istehsalına daha dərin, peşəkar yanaşmaq haqda düşünüb. Bu bitki ilə bağlı müxtəlif məlumatlar, qədim adət-ənənələr, vərdişlər, elmi müşahidələr toplamağa başlayıb. İdeya milli bitki - zəfəranı Azərbaycan brendinə çevirmək idi.

Fotoda Mikayıl Hüseynov

Onlar ilk olaraq “MIKTEA” adlı zəfəran çayı, zəfəranlı bal, zəfəran tərkibli kosmetik vasitələr istehsal etməyə başlayıblar. Zəfərana əsaslanan tamamilə yeni məhsullara diqqət yetirməklə “AZSAFFRON” brendi yaradılıb və patentləşdirilib. 

Şirkət məhsulu beynəlxalq səviyyəyə qaldıraraq onu təkcə Azərbaycan qonaqları üçün deyil, həm də dünyanın müxtəlif ölkələrinə fəal şəkildə ixrac etməyə başlayıb.  

Malların keyfiyyətinin yoxlanılması Azərbaycanda və Almaniyada həyata keçirilir. Dövlət orqanları tərəfindən dəstək görən brend KOBİA, Azpromo, ticarət evlərində təşkil olunan tədbirlərdə və sərgilərdə iştirak edir. Məhsullar tanınmış premium hotellərdə və “Duty Free”də satılmaqdadır. 

Şirkətin istehsal etdiyi məhsullar beynəlxalq müstəviyə də çıxarılır və dünyanın müxtəlif ölkələrinə fəal olaraq ixrac edilir. Məhsullar şəxsi istifadə və hədiyyə üçün tam uyğundur. Təkcə Azərbaycan vətəndaşları deyil, həm də ölkənin turistləri və rəsmi qonaqları da bu məhsulları həvəslə hədiyyə olaraq özləri ilə aparırlar. Məhsullar korporativ hədiyyə kimi geniş istifadə olunur. Bir sıra dövlət qurumları hədiyyə dəstlərindən ölkəmizdə rəsmi səfərdə olan nümayəndə heyətləri üçün alırlar.

Şirkətin fəaliyyəti ilə maraqlananlar sayı çoxdur. Bunun üçün dəfələrlə xaricdən ziyarətçilər gəlib, yaxından tanış olub və bir neçə dəfə “AZSAFFRON” haqqında müxtəlif dillərdə fərqli jurnallarda məqalələr də dərc edilib. 

Şirkətin digər bir məqsədi gələcəkdə öz məhsullarını brendə çevirmək və böyük bazarlara çıxarmaq üçün fermer və özəl təsərrüfat sahiblərinə yardım edib onlardan zəfəranın alışını təşkil etməkdir. Bu məqsədlər üçün artıq bir neçə ciddi addım atılıb. Azərbaycan Zəfərançılığının İnkişafı Assosiasiyasının dəstəyi ilə şirkət artıq bir neçə fermerdən zəfəran alışını da həyata keçirib. 

Zəfəran kosmetik yağı, zəfəran balı, zəfəran çayı - hamısı uzun və səmərəli əməyin nəticəsidir.

Qida məhsulları ilə yanaşı, şirkət həmçinin kremlər, serumlar, skrablar, losyonlar, sabunlar, şampunlar, spreylər, parfumlar və s. daxil olmaqla 30-dan çox məhsulu olacaq “SARA” adlı kosmetik bölümünü də istifadəyə verib. Hazırda həmin məhsulların hazırlanması üzərində işlər gedir. Belə ki, artıq satışda olan zəfəran yağı iltihab proseslərini aradan qaldırır, məsamələri kiçildir, yaraların və yanıqların sağalmasını sürətləndirir, anti-age effektinə malikdir.

Brendin parfumlarının istehsalı ilə bağlı hazırda Fransada hazırlıq işləri gedir. Belə ki, nəzərdə tutulan 5 növdə zəfəranlı parfumlar tezliklə satışda olacaq. 

Ancaq bununla bitmir. Zəfəran ekstraktı üçün unikal formula hazırlanır və gələcəkdə zəfəranı dərman vasitələri və qida əlavələrində mümkün istifadəsi barədə sınaqlar edilir. Zəfərandan hazırlanacaq göz damcıları üzərində ciddi işlər də aparılır.   

Əlavə olaraq bildirək ki, hazırda bir neçə yerdə satış nöqtəsi olan şirkət butikini açmağa hazırlaşır. Belə ki, Ağ şəhərdə açılacaq mağaza təmir ərəfəsindədir və qısa zamanda müştərilərin xidmətində olacaq. Burada şirkətin hazırda istehsal etdiyi məhsullarla yanaşı zəfəran mövzusuna aid aksessuarlar, geyim və zinyət əşyaları yer alacaq.

“AZSAFFRON”nun sifarişi ilə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, dizayner Gülnarə Xəlilova tərəfindən dizayn olunmuş ipək şərf də xüsusilə turistlərin diqqətini çəkir.

Ailə ənənələrinə sadiq qalan Müşfiq Hüseynov bu vərdişləri övladlarına da aşılayır. Belə ki, onun övladları bu adət-ənənələri davam etdirən 6-cı nəsildir. Onlar hər dəfə öz valideynləri ilə birlikdə zəfəran yetişdirilən əraziyə baş çəkir, onun yığımında iştirak edirlər. 

Bu işdə atalarını örnək götürən uşaqlar təkcə tarlaya baş çəkməklə yekunlaşmırlar. Onlar həmçinin satış və istehsal sahələrinin baş tutduğu məkanlarda da olur, bu işdə təcrübə toplayırlar. Çay istehsalı barədə təcrübə toplamaq üçün “AZSAFFRON” ailəsi hətta çayın məkanlarından sayılan Şri-Lankaya səfər də ediblər.

Qeyd edək ki, “Azzəfəran-Azsaffron” şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan Zəfərançılığının İnkişafı Assosiasiyası tərəfindən “Zəfəran” adlı kitab nəşr edib.

Orada bu qiymətli bitkinin istehsal və qablaşdırma üsulları ətraflı təsvir olunur və o, tezliklə dünyanın müxtəlif dillərinə tərcümə olunacaq. Sözügedən kitab zəfərançılıqla məşğul olan və olmaq istəyən fermerlərə ödənişsiz təqdim ediləcək. Assosiasiya onların təsərrüfatlarının inkişafı üçün gələcəkdə də dəstək olacaq.

Son olaraq bildirək ki, şirkət qoruyub saxladığı ailə ənənələrini, gördüyü işləri öz lozunqunda əks etdirə bilib: “Keyfiyyətin sirri qayğı ilə qorunub saxlanılan əsrlik ənənələrdir”. 

“AZSAFFRON”nun məhsulları ilə tanış olmaq, onlar haqqında daha ətraflı məlumat almaq üçün şirkətin saytına və instaqram səhifəsinə daxil ola bilərsiniz: 

azsaffron.com

İnstaqram