Zəhər, yoxsa zövq: ət və kolbasa nə dərəcədə zərərlidir?

zeher-yoxsa-zovq-et-ve-kolbasa-ne-derecede-zererlidir
Oxunma sayı: 3236

Bəziləri ət və kolbasa ümumiyyətlə yemir, digərləri üçün isə bu, gündəlik rasionunun zəruri hissəsidir. İş kolbasa və ətə çatanda bir çox insanlarda fikir ayrılığı yaranır.

“Qafqazinfo”nun "MedikForum.ru"ya istinadən məlumatına görə, Almaniya Qidalanma Cəmiyyətindən (DGE) olan Silke Restemeyer izah edir ki, vacib olan qırmızı və ağ ət arasında seçim etməkdir. Qırmızı - mal, donuz, qoyun və keçi ətindən, ağ isə toyuq və hind toyuğundan hazırlanır. “Əgər çoxlu qırmızı ət və kolbasa yeyirsinizsə, sizdə yoğun bağırsaq xərçənginin inkişaf riski daha yüksəkdir”, - Restemeyer deyir.

Şlezviq-Qolşteyn Universitetinin Tibb Mərkəzində Diyetologiya İnstitutunun direktoru Kristian Sina bunu bir qədər fərqli görür. “Biz sağlamlıq baxımından qırmızı və ağ ət arasında fərq qoymamalıyıq. Mənə elə gəlir ki, daha vacib olan ətin heyvan bədəninin hansı hissəsindən alınması və necə hazırlanmasıdır”, - o deyir.  Diyetoloq qeyd edir ki, ağ ət də zərərli ola bilər, əgər, məsələn, ondan ucuz yağlı kolbasa hazırlanıbsa. Qırmızı ət isə faydalı ola bilər, əgər söhbət təbii mal ətinin kiçik parçasından gedirsə.

Qarışıq qidanın bir hissəsi kimi ətin təkcə çatışmazlıqları deyil, həm də üstünlükləri var. Onun tərkibində zülal, B qrupu vitaminləri, dəmir, selen və sink kimi qida maddələri var. “Bununla belə, böyüklər həftədə 300-600 qramdan çox kolbasa və ət qəbul etməməlidir”, - Restemeyer deyir.

Sina isə 300-600 qramlıq qidalanmaya yetərincə tənqidi yanaşır: “Əhəmiyyətli tədqiqatlar çatmır. Həlledici faktor ondadır ki, bizim bədənimiz qidaya necə reaksiya verir. Biriləri üçün yaxşı olan digərləri üçün mütləq yaxşı olmamalıdır”.