Zəhərlənən qızların səhhətində irəliləyiş var

zeherlenen-qizlarin-sehhetinde-irelileyis-var
Oxunma sayı: 2688

“Hər ikisinin vəziyyətində müsbətə doğru irəliləyiş var”.

“Qafqazinfo” xəbər verir ki, bunu BDU-nun yataqxanasında zəhərlənərək xəstəxanaya yerləşdirilən tələbə qızlardan birinin qrup yoldaşı Səbinə Mazanova deyib. 

O qeyd edib ki, bu barədə məlumatı ona həkimlər verib. 

Xatırladaq ki, zəhərlənmə nəticəsində tələbə qızlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər ölüb, digər 2 nəfəri - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və 1998-ci il təvəllüdlü İbadova Həmidə hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunur. 

Günel Hacı