Zəhərlənən uşaqlar arasında şagird var?

zeherlenen-usaqlar-arasinda-sagird-var
Oxunma sayı: 742

“Məndə olan məlumata görə, zəhərlənən uşaqların içərisində bir nəfər də şagird yoxdur”

Bunu “Qafqazinfo”ya açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov deyib.

O qeyd edib ki, məktəb direktorları tərəfindən Təhsil Şöbəsinə hansısa şagirdin bu virusla bağlı yoluxduğuna dair məlumat daxil olmayıb:

“Zəhərlənənlər məktəbəqədər yaşda olan uşaqlardır. Artıq vəziyyət stabilləşib. Panikalı vəziyyət yoxdur. Bu məsələlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti daha dəqiq informasiyaya sahibdir. Çünki bununla bağlı fövqəladə komissiya yaradılıb”.

Günel Türksoy