Zəhərlənmə ilə bağlı - Daha bir açıqlama

Zəhərlənmə ilə bağlı
Oxunma sayı: 1280

İsmayıllıda baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibi Aysel Fərziyeva yayıb. O bildirib ki, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, İsmayıllıda zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi