“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Malad bölgəsində yerləşən gecəqondu sakinləri çərşənbə günü spirtli içkinin ardından özlərini piss hiss etməyə başlayıblar.
Hazırda 20-dən çox insan hospitalda müalicə alır. Ölənlərin sayının artacağından ehtiyat edilir.
Hindistanda spirtli içkidən zəhərlənmə müntəzəm hal alıb, insanlar tez-tez ucuz alkoqol içirlər.
Son baş verən hadisəyə görə bir şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, yanvar ayında Hindistanın Uttar Pradeş ştatında zəhərli spirtli içkidən ən azı 29 nəfər həlak olmuşdu.
Son xəbərlər
Son Xəbərlər