Zəhmət çəkən uşaqlar - - Fotolar

zehmet-ceken-usaqlar-
Oxunma sayı: 1768


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cenevrədə keçirilən konfransda Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Corinne Vargha “Dünyada uşaq işçilər-2015” statistikasını açıqlayıb. Vargha yaşayış səviyyəsi aşağı olan ölkələrdə uşaqların təxminən 30%-nin 15 yaşında işləməyə başladığını, 5-14 yaş arası 120 milyondan çox uşaq işçinin olduğunu bildirib. 15-17 yaş arasında uşaqların isə 47,5 milyonunun təhlükəli sahələrdə çalışdığını qeyd edib. Uşaq işçisi 78 milyon olan Asiya-Sakit okean aralığı siyahıda liderlik edir. Daha sonra 59 milyon uşaq işçisi olan Afrika ölkələri gəlir. Uşaqlar ən çox kənd təsərrüfatı sahəsində işləyirlər. Bundan başqa təxminən 500 min uşaq məktəbdən məcbur çıxarılaraq bir çox qruplarda hərbi fəaliyyətlə məşğuldur. Onlar daha çox Suriya, İraq, Əfqanıstan, Nigeriya kimi ölkələrdə məcburi əskər kimi istifadə olunur. 

Qeyd edək ki, 2010-cu ildə ümumilikdə 246 milyon uşaq işçi var idi, indi son rəqəm 168 milyon kimi qeydə alınıb. 

Günel Hacı