Zəifə acımaq təbiətə xəyanətdir

zeife-acimaq-tebiete-xeyanetdir
Oxunma sayı: 2215


II Dunya muharibəsindən sonra dövlətlərarası siyasi, iqtisadi və digər sahədə yaranmış əməkdaşlıq həm də dövlətlərin təhlükəsizliyinin təmin olunmasına zəmanət verirdi.  Dövlətlərarası münasibətlər inkisaf etdikcə, insan hüquq və azadlıqları bəşəri dəyər kimi qiymətləndirildi, insanlarin ədalətli, sivil cəmiyyətdə yaşaması dövlətlərin öhdəliyi kimi qəbul olundu.  İnsanların düşüncələrində bəşəri ideyalar yaranmağa və inkişaf etməyə başladı.  İnsanlar bu düşüncədə ikən sülh və təhlükəsizliyin təmin olunmasını bəyan edən hərbi və iqtisadi cəhətdən güclü dövlətlərin sistemli şəkildə beynəlxalq hüquq normalarını pozması beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Rusiyanın  Çeçenistanda, Amerikanın isə Əfqanıstan, İraq, Liviya və Suriyada insan  hüquqlarının “müdaifəsi”nə yönəlik siyasəti beynəlxalq hüquq normalarına sarsıdıcı zərbə vurdu.  Onların hüquqi əsası olmayan bu addımı dövlətlər tərəfindən və dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında rolu olan  BMT tərəfindən dəstəklənmədi.  Bütün bunlara baxmayaraq, təqsirkarlar  beynəlxalq  hüquq  normalarını pozduğuna görə hər hansı formada cəzalandırılmadı.  Bəlkə bu cəzasızlıq mühiti Rusiyanı daha da həvəsləndirdi ki, beynəlxalq normaları ayaq altına atmaqla hər şeyə nail olmaq olar. Çünki bunu Avropa və Amerikanın nümunəsində görürdü. Eyni zamanda Rusiya çox yaxşı anlayırdı ki, beynəlxalq hüququn normaları super güclərin  məqsədlərinin reallaşdırılmasına xidmət edir. Belə olmasaydı, son zamanlarda “güclü¬nün hü¬ququ”, “yumruq hü¬ququ”, ”humanitar müdaxilə nəzəriyyəsi”  kimi yeni terminlərlə çıxış edən beynəlxalq hü¬quq təsəvvür  edilməyəcək  səviyyəyə enməz, həm də beynəlxalq hü¬ququn  əhəmiyyətsizliyi, habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatçısına çevrilməsi prosesləri gücləndirməzdi. Rusiya bunu bildiyi halda siyasi proseslərdə uduzmağı  qəbul etmədi, belə demək mümkünsə siyasi oyunu sona qədər oynamağa səbri çatmadı və nümayişkaranə formada güc tətbiqinə üstünlük verdi. Bunun səbəbi idi ki,  Rusiya beynəlxalq hüququn təməl prinsipləri kimi çıxış edən Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipini, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini pozaraq öncə  Gürcustana, sonra isə  Ukraynaya güc tətbiq etdi. Dövlətlər arasında kollektv təhlükəsizlik haqqında saziş olduğu, demokratik dəyərlərin qorunduğu bir zamanda belə bir addımın atılacağı inandırıcı görünmürdü. SSRİ-nin öndə olan varislərindən  biri kimi Ukrayna 1994-cü ildə Budapeştdə Böyük Britaniya, ABŞ və Rusiya ilə bağladığı memorandum ilə ona sovet dövründən qalan atom arsenalından imtina edib. Memoranduma əsasən Ukraynanın suverenliyi müdafiə olunmalı və ərazi bütövlüyü təmin olunmalı idi. Ukrayna məhz bunların əvəzində atom silahında imtina etmişdi. Yoxsa Hitler Almaniyası dövründə imzalanmış Ribbetrop-Molotov sazişi bu gün Rusiya tərəfindən pis bir ənənə kimi davam etdirilir? O dövürdə də Almaniya ilə Rusiya arasında təhlükəsizlik haqqında (hücum etməmə) saziş imzalandı. Almaniya isə bu sazişə əməl etmədən Rusiyaya hücum etdi. Hətta bunu Putin Rusiya Federasiyasının Baş naziri olduğu zaman 1939-cu ilin avqustunda bağlanmış Molotov-Ribbentrop  Paktını pisləyib və Almaniya ilə SSRİ arasındakı həmin sazişi mənəviyyatsız adlandırıb. Eyni zamanda Polşanın «Gazeta Vyborcza» qəzetinə yazdığı açıq məktubunda Putin Xatın qırğınını da pisləyib. Həmin qırğında Sovet ordusu 20 min polyak zabitini, əsgərini və ziyalısını məhv edib. O, sülhün və təhlükəsizliyin qorunmasına tərəfdar olduğunu bildirib. Belə olan halda Putinin dəyişməsinə səbəb nə oldu? Ən doğrusu odur ki, Beynəlxalq hü¬quq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, lazım gələndə  beynəlxalq təşkilatların, hətta BMT-nin belə mü¬vafiq qərarlarının qəbul edilməsini gözləmədən “cəza tətbiqinə” başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir. Bununla belə, BMT-nin fəaliyyətsizliyi beynəlxalq hüquq normalarının təsir dairəsini azaltmaqda davam edir. Dünyada sülhün və təhlü¬kəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yö¬nəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək təşkilatın əsas vəzifəsi kimi nəzərdə tutulur. Təcavüz aktının baş verməsilə təcavü¬zə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, BMT TŞ qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz əlamətlərindən birinin olması imkan verir ki, Təhlü-kəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. Reallıqda bunu görməyən beynəlxalq ictimaiyyətdə ciddi fikir ayrılığı yaranır və yavaş-yavaş hər kəs beynəlxalq hüququn gücünü deyil güc hakimiyyətini tanımağa məcbur olur.

Artıq  Krım hadisələri də tarixə çevrilməkdədir. Hər kəsin heç nə olmamış kimi əvvəlki qaydada öz işi ilə məşğul olması təsirini bağışlayır dünya mənzərəsi. Bəziləri Rusiyanın qısa zamanda parçalanacağı, (yaxın 5-10 il ərzində), bəziləri Qərblə Rusiya arasında müharibənin başlayacağı, bəziləri isə Avropanın və Qərbin təşviş içərisində olduğu və geri çəkildiyi qənaətindədilər.  Əslində  əvvəllər daha aktiv görünən Avropa və Amerika son günlər susmağa ustunluk verirlər və Ukraynanın özunumudafiə etməsinə işarə vururlar. Belə olan halda  bəlkə Ukrayna əvvəlki vəziyyətində qalsa daha yaxsı idi, nəinki bu gün ərazisini itirməsi və meydanda tək qalması. Hələ Ukraynanın müdafiəsiz qalacağını da söyləmək çox tezdir. Əsas görünən Rusiyanın güc nümayişi və hədəsi, Avropa ve Amerikanın susmasıdır.  Bu vəziyyətdən istifadə edən Putin Krımda  musadirə olunmus silah-sursatın Ukraynaya qaytarılması barədə qərarı ilə  dünyaya mesaj vermək istədi ki, onun məqsədi işğalçılıq və talançılıq deyil, onların bu istiqamətdə olan fəaliyyəti BMT-nin məqsəd və prinsipləri ilə üst-üstə düşür.  Avropa və Amerikanın isə bu proseslərə təmkinlə yanaşması, diplomatik manevrləri Rusiya üçün heç də yaxşı nəsə vəd etmir. Bu, Rusiyanın  xarici işlər naziri Lavrovun son çıxışında açıq-aydın ciddi narahatlıq hiss olunurdu. Rusiyanın özünü çıxılmaz bir duruma saldığını desək yanılmarıq. Artıq özü də bunu hiss etməkdədir.  

Nə isə… Müşahidələrimizi davam etdirək. Bu gün  baş verənləri qiymətləndirməyin özü də bir problemə çevrilib. Ən doğru qiyməti düşünürəm ki, zaman və Ukrayna xalqı özü verəcək. 

Əlövsət Allahverdiyev