Zelandiyada 5,6 ballıq zəlzələ

zelandiyada-56-balliq-zelzele-
Oxunma sayı: 716


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Metven şəhəri yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib. 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. 

Xatırladaq ki, 2011-ci ilin fevralında adıçəkilən regionunun Kraystçerç şəhərində baş vermiş  güclü zəlzələ nəticəsində ciddi dağıntılar baş vermiş, 185 nəfər ölmüşdü.