Zelenskaya Rişi Sunak və xanımı ilə görüşdü - Video

zelenskaya-risi-sunak-ve-xanimi-ile-gorusdu
Oxunma sayı: 2347

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xanımı Akşata Murti ilə görüşüb.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, görüş Yelena Zelenskayanın Londona səfəri çərçivəsində baş tutub.

Görüş zamanı Britaniyanın Ukraynaya dəstəyi barədə məsələlər müzakirə olunub.

Xatırladaq ki, Rişi Sunak noyabrın əvvəli Kiyevə səfər etmişdi.