Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski seçki kampaniyası çərçivəsində qoyulmuş məhdudiyyətlərin pozulmasına dair işlə bağlı Kiyev məhkəməsinə çağırılıb.
“Qafqazinfo”nun “UNİAN”a istinadən verdiyi xəbərə görə, məhkəmə prosesi 13 may saat 12:45-ə təyin edilib.
Qeyd edək ki, V. Zelenski səsvermə günü jurnalistlərə bülletenini nümayiş etdirərək səsi özünə verdiyini açıqlamışdı. Onun bu hərəkəti Ukrayna İnzibati Xətalar Məcəlləsinin 212-10-cu maddəsinə ziddir, cərimələnə bilər.
***
“Ukrainskie novosti” xəbər verir ki, Vladimir Zelenski Kiyevin Obolonsk rayon məhkəməsinə getməyib.
Zelenskini təmsil edən vəkilləri onun təqsirini qəbul etdiyini bildiriblər. Məhkəmə yeni prezidenti səsvermə qanunlarını pozduğuna görə 850 qriven (32 ABŞ dolları) miqdarında cərimələyib.
Son xəbərlər
Son Xəbərlər