Zelenski 6 səfiri vəzifəsindən azad etdi

zelenski-6-sefiri-vezifesinden-azad-etdi
Oxunma sayı: 1957

Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri və ölkənin BMT-dəki daimi nümayəndəsini vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı müvafiq fərmanlar dövlət başçısının saytında dərc edilib.

Fərmanlara əsasən, fövqəladə və səlahiyyətli səfirlər - Yuriy Polurez (BƏƏ), Vsevolod Çentsov (Niderland), Nikolay Toçitskiy (Belçika), Viktor Nedopas (İraq), Andriy Beşta (Tayland), Vadim Vaxruşev (Səudiyyə Ərəbistanı) vəzifələrindən azad ediliblər.

Bundan əlavə, Yuriy Klimenko Ukraynanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad olunub. Onun yerinə Yevgeniya Filipenko ölkənin BMT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi təyin edilib.