Zelenski 65 ukraynalının öldüyü qəzadan danışdı

zelenski-65-ukraynalinin-olduyu-qezadan-danisdi
Oxunma sayı: 6607

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Belqorod vilayətində İl-76 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində hadisəyə münasibət bildirib.

“Mən Umerov, Zalujnı, Şaptal, Budanov və Malyuka zəng etdim. Onlar təyyarə və mübadilə ilə bağlı vəziyyət barədə məlumat verdilər. Aydındır ki, ruslar ukraynalı məhbusların həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində 65-i ukraynalı əsir olmaqla 74 nəfərin həlak olduğunu açıqlayıb.