Zelenski Almaniya kansleri ilə danışdı

zelenski-almaniya-kansleri-ile-danisdi
Oxunma sayı: 640

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

“Ukrayna taxılının daşınması üçün irəli sürülən təşəbbüsü dəstəklədiyi üçün Olaf Şoltsa minnətdarlığımı bildirirəm. Biz sülhə nail olmaq üçün Ukrayna formulunun gerçəkləşdirilməsini və Rusiyanın raket terrorundan Ukraynanı qorunmaq üçün birgə əməkdaşlığımızı müzakirə etdik”, - Ukrayna Prezidenti qeyd edib.