Almaniya və Ukrayna Prezidentləri Frank-Valter Ştaynmayerlə Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Prezident Administrasiyası yayıb.
“Hər iki lider söhbəti çox vacib və yaxşı adlandırıb. Tərəflər arasında əvvəl yaranan anlaşılmazlıq aradan qaldırılıb. Həmçinin Prezidentlər sıx əlaqədə qalmaq barədə razılığa gəlib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl Kiyev Ştaynmayerin Rusiya ilə sıx əlaqəsinin olması iddiaları əsasında Almaniya Prezidentini Ukraynada qəbul etmək istəməyib. Bunun ardınca, Ştaynmayer bu ölkəyə səfərini təxirə salmalı olub. Ardınca isə Almaniya Kansleri Olaf Şolts Kiyevə səfər etməkdən imtina edib.
***
Ukrayna Prezidenti Vladimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı Almaniya prezidentini və kansler Olaf Şoltsu Kiyevə səfərə dəvət edib.
Bu barədə cümə axşamı Almaniya dövlət başçısının ofisinə istinadən “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, Zelenski Almaniya prezidentini və Şolts başda olmaqla bütün federal hökuməti Kiyevə səfərə dəvət edib. Konkret səyahət tarixləri hələ dəqiqləşdirilməyib. Nəşrin yazdığına görə, səfərin ehtimal olunan tarixi mayın 8-i və ya 9-u ola bilər.
Son xəbərlər
Son Xəbərlər