Zelenski Almaniyaya səfər edəcək

zelenski-almaniyaya-sefer-edecek
Oxunma sayı: 978

Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilir.

“Qafqazinfo” xəbər verir ki, alman mətbuatında əksini tapan xəbərlərə görə, Zelenski mayın 14-də Berlinə səfər edəcək.

Mayın 14-də Ukrayna Prezidentinin Almaniya kansleri Olaf Şolts tərəfindən hərbi şərəflə qarşılanacağı qeyd olunub.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək. Zelenski Prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Axenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.