“Tezliklə “Avroviziya”nın finalında qitə və bütün dünya doğma sözümüzü eşidəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk hesabında paylaşdığı videomüraciətdə deyib.
“İnanıram ki, sonda bu söz “qələbə” olacaq! 12 nömrədə çıxış edən “Kaluş” qrupuna səs verin. Biz özümüzü dəstəkləyirik! Biz Ukraynanı dəstəkləyirik”, - deyə Zelenski qeyd edib.