Zelenski Azərbaycan əsilli komandirə “Ukrayna Qəhrəmanı” adı verdi - Foto

zelenski-azerbaycan-esilli-komandire-ukrayna-qehremani-adi-verdi
Oxunma sayı: 4203

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı hərbçiyə “Ukrayna Qəhrəmanı” fəxri adını verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli Ukrayna vətəndaşı baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib.