Zelenski baş nazirlə gizli görüşüb

zelenski-bas-nazirle-gizli-gorusub
Oxunma sayı: 1562

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ölkənin baş naziri Vladimir Qroysmanla qeyri-qanuni görüş keçirdiyinə dair məlumat yayılıb.

“Qafqazinfo”nun “Ukrainskie pravda”ya istinadən verdiyi xəbərə görə, görüş Zelenskiyə məxsus “Kvartal 95” şirkətinin studiyasında baş tutub.

Onların müzakirə mövzusu barədə informasiya yoxdur.

Qeyd olunur ki, tərəflər görüşdən məmnun qalıblar.

Xatırladaq ki, V. Zelenski 73,22 faiz səslə qalib olduqdan bir neçə gün sonra V. Qroysman postundan istefa verərək parlament seçkilərinə qatılacağını bəyan edib.