Zelenski Silahlı Qüvvələrin Baş komandanını işdən çıxardı

zelenski-silahli-quvvelerin-bas-komandanini-isden-cixardi
Oxunma sayı: 1540

Ukrayna Prezidenti Vladimir Zelenski Müdafiə Nazirliyi ilə yaşadığı problemlər səbəbindən Ukrayna Silahlı Qüvvələri Baş komandanı Ruslan Xomçakı vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bunu V.Zelenskinin sözçüsü Sergey Nikoforov paytaxt Kiyevdə mətbuata açıqlamasında deyib.

O bildirib ki, Xomçakın yerinə Ukrayna ordusunun “Şimal” birliyinin rəhbəri Valeri Zalujnı təyin olunacaq.