Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydendən Rusiyanın ABŞ-ın terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil edilməsini istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” mənbələrinə istinadən yazıb.
Bildirilib ki, Zelenski bu həftənin əvvəlində telefon danışığı zamanı Amerika liderinə müvafiq müraciət edib.
Öz növbəsində, Bayden, qəzetin yazdığına görə, heç bir öhdəlik götürməyib, lakin Moskvaya təzyiqləri artırmaq üçün bütün təklifləri öyrənməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, terrorizmi dəstəkləyən ölkələrin siyahısını Dövlət Departamenti tərtib edir.
Son xəbərlər
Son Xəbərlər