Zelenski BMT-dən kömək istədi

zelenski-bmt-den-komek-istedi
Oxunma sayı: 2011

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının rəhbərindən Mariupolda yerləşən "Azovstal" zavodundakı yaralıların təxliyəsinin təşkili üçün kömək istəyib.

Həmçinin, Ukrayna Prezidenti Antonio Quterreşə BMT və Qırmızı Xaç Komitəsinin rəhbərliyi ilə həyata keçirilən uğurlu təxliyə prosesinə görə minnətdarlığını bildirib.