Zelenski bu məsələdə Baydenə söz verdi

zelenski-bu-meselede-baydene-soz-verdi
Oxunma sayı: 3536

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını açıqlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir. Bayden bu haqda Yaponiyanın Xirosima şəhərində baş tutan G7 sammiti çərçivəsində keçirilən mətbuat konfransında danışıb.

“Mən Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə doğru irəliləmək üçün onlardan istifadə etməyəcəklər”, - deyə Bayden bildirib.