İspaniyanın Baş naziri Pedro Sançes Ukraynanın paytaxtı Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “El Mundo” qəzeti yayıb.
Pedro Sançesi bu səfərdə Danimarkanın Baş naziri Mette Frederiksen müşayiət edir.
Baş nazirlər Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.
Görüşdən sonra Sançes, Frederiksen və Zelenskinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

***
İspaniya və Danimarkanın Baş nazirləri Pedro Sançes və Mette Frederiksen Ukraynaya səfərləri çərçivəsində rusiyalı hərbçilərdən azad olunan Borodyanka şəhər tipli qəsəbəyə baş çəkiblər.
Səfərin görüntülərini Pedro Sançes öz rəsmi tviter hesabında paylaşıb.
Xatırladaq ki, aprelin 20-si Ukraynada səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Borodyankaya səfər etmişdi.
***
Ukrayna Prezidenti Volodimir Zelenski İspaniya və Danimarkanın Baş nazirləri ilə görüşüb.
Görüşdə iki mövzu müzakirə edilib- Ukraynanın hərbi cəhətdən gücləndirilməsi və Ukraynanın müharibədən sonra yenidən qurulması.
Tərəflər Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini artırmaq barədə razılığa gəliblər.
Pedro Sançes İspaniyanın Ukraynaya 200 ton hərbi material göndərəcəyini bildirib.
Mette Frederiksen Ukraynaya yaxın zamanlarda silahla kömək etmək üçün hər şeyi etməyə hazır olduqlarını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər