Zelenski bu şərtlə Ağ Evə qayıda bilər

zelenski-bu-sertle-ag-eve-qayida-biler
Oxunma sayı: 5976

“Volodimir Zelenski Ukrayna ilə bağlı sülh razılaşmasının detallarını müzakirə etməkdən imtina etdiyi müddətcə, Oval kabinetə qayıda bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Sülh razılaşmasının detallarını müzakirə etməkdən imtina edərək Oval kabinetə və yaxud başqa bir yerə qayıda bilməyəcəksiniz”, - deyə Vens bildirib. 

Onun sözlərinə görə, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşü zamanı sülh prosesində iştirak etməmək niyyətini nümayiş etdirib. 

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib. Bu gün isə Donald Trampın Ukraynaya hərbi yardımı dayandırdığı məlum olub.