Ukrayna prezidenti Volodimir Zelenski Kremli vurmağın mümkünsüzlüyündən təəssüfləndiyini bildirib.
“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu dövlət başçısı 50-ci beynəlxalq “Ambrozetti” forumunun sessiyasında iştirak edərkən deyib.
Uzaqmənzilli silahlardan danışan dövlət başçısı bildirib:
“İtaliya və ya başqası Kremli vuracağımızdan qorxduğunu deyəndə təəssüflənirəm ki, biz bunu edə bilmərik. Çünki tərəfdaşların bu uzaqmənzilli silahlarının məsafəsi təxminən 200 kilometrdir”.
Zelenskinin sözlərinə görə, Rusiya Ukrayna ərazisində hər ay 4 mindən çox aviabombadan istifadə edir:
“Onlar təyyarələrdən necə istifadə edirlər? Təyyarələr sərhədlərimizdən 100, 150, 300 kilometr aralıda olan hərbi aerodromlarda yerləşir. Bu uzaqmənzilli silahlardan hərbi aerodromlara qarşı necə istifadə edəcəyik?”.
Ukrayna lideri vurğulayıb ki, Ukrayna mülki obyektləri hədəf almır.