Ukrayna prezidenti Vladimir Zelenski onun üçün hədiyyə olaraq hazırlanmış büstünü qəbul etməyib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, 2,5 kiloqram çəkisi və 23 santimetr hündürlüyü olan büstü “dəhşətli” adlandıran prezident onu geri qaytarıb. Heykəlin üzərində müəllifin qırmızı boyalı dodaq izləri də olub.
“Bu dəhşətlidir. Hardan almısız bunu? Mənə vermək lazım deyil bunu”, - deyə Zelenski bildirib.
Son xəbərlər
Son Xəbərlər