Ukrayna prezidenti Vladimir Zelenski Odessada çimərlikdə dincəlir.
“Qafqazinfo” xəbər verir ki, prezident çimərlikdən fotosunu “Facebook” səhifəsində paylaşıb. Qısa şort, kofta və kepka geyinən Zelenskinin yanında prezidentin ofis rəhbəri Andrey Boqdan əyləşib.
Zelenski fotoya rus dilində “Biz hər yerdə cangüdənlərimizlə gəzirik, dənizə girənləri xüsusi yoxlayışdan keçiririk, arxa fonda isə kəşfiyyatçılarımız günəşdə qaralır. Xoş istirahətlər” yazıb.
Son xəbərlər
Son Xəbərlər