Zelenski Çin lideri ilə görüşmək istəyir

zelenski-cin-lideri-ile-gorusmek-isteyir
Oxunma sayı: 1862

Ukrayna Prezidenti Volodimir Zelenski çinli həmkarı Si Cinpinlə görüşmək istədiyini bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bunu Kiyevdə jurnalistlərə açıqlaması zamanı deyib.

“Çin lideri ilə görüşmək istərdim. Bu, Ukraynanın xeyrinə olacaq. Biz bu siqnalı diplomatlar səviyyəsində vermişik” , - deyə Zelenski vurğulayıb.