Zelenski Dneprdəki insidentdən sonra komandanı istefaya göndərdi

zelenski-dneprdeki-insidentden-sonra-komandani-istefaya-gonderdi
Oxunma sayı: 2451

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Milli Qvardiyasının komandanı Nikolay Balanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna Prezidentinin rəsmi saytında paylaşılıb.

Zelenski digər bir sərəncam ilə Yuri Lebedi Milli Qvardiyanın komandanı səlahiyyətlərini icra edən şəxs olaraq təyin edib. 

Qeyd edək ki, Nikolay Balan yanvarın 27-si Dnepr şəhərində hərbçilərin güllələnməsi ilə bağlı insidentdən sonra istefa verdiyini açıqlayıb.