Zelenski Donbassa getdi

Zelenski Donbassa getdi
Oxunma sayı: 2198

Prezident Vladimir Zelenski Ukrayna ilə qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası arasındakı təmas xəttindəki vəziyyətin gərginləşməsindən sonra Donbassa gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Aparatının Mətbuat xidməti məlumat verib.

“Dövlət başçısı son zamanlarda hərtərəfli və davamlı atəşkəs rejiminin sistematik şəkildə pozulduğu və düşmənin atəşə tutması nəticəsində ukraynalı müdafiəçilərin həlak olduğu və yaralandığı mövqeləri ziyarət edəcək”,- deyə açıqlamada qeyd olunub.