Zelenski ehtiyatda olanların xidmətə çağırılması barədə qanunu imzaladı

zelenski-ehtiyatda-olanlarin-xidmete-cagirilmasi-barede-qanunu-imzaladi
Oxunma sayı: 1551

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanun imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Zelenskinin ofisinin verdiyi açıqlamaya görə, qanun yeni hərbi xidmət növünü nəzərdə tutur- ehtiyatda olanlar arasından xüsusi dövr üçün çağırış xidməti.

Qanun ehtiyatda xidmət etmək üçün müqavilə bağlayan və ya hərbi əməliyyat ehtiyatına yazılan vətəndaşlara şamil olunacaq.

Qanun hərbi təcavüz zamanı döyüş effektivliyini artırmaq və milli təhlükəsizliyə qarşı ani təhdidlərə dərhal cavab vermək üçün ehtiyatda olanların hərbi hissələrə tez bir zamanda cəlb olunmasını təmin edəcək.

Xatırladaq ki, 20 aprel tarixində V. Zelenski Rusiya Prezidenti V. Putinə müraciət edərək onu müharibənin davam etdiyi Donbassın istənilən yerində görüşə dəvət etmişdi.