Zelenski Ərəbistana getdi - Fotolar

zelenski-erebistana-getdi
Oxunma sayı: 2706

Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb Liqasının 32-ci Sammitində iştirak etmək üçün bu gün Səudiyyə Ərəbistanına gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Baş nazir Məhəmməd bin Salman tərəfindən qarşılanıb.

“Qeyd edim ki, Səudiyyə Ərəbistanı 10 əcnəbi hərbi əsirin Rusiya əsirliyindən qaytarılmasına uğurla kömək edib. Biz insanları azad etmək üçün birgə səyləri davam etdirməkdə maraqlıyıq. Mən Məhəmməd bin Salmana Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə, beynəlxalq təşkilatlar çərçivəsində prinsipial mövqeyinə görə minnətdaram”, - deyə Zelenski qeyd edib.