Zelenski əsirlərlə bağlı Quterreşə müraciət etdi

zelenski-esirlerle-bagli-quterrese-muraciet-etdi
Oxunma sayı: 810

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanın ukraynalı əsirlərlə bağlı beynəlxalq hüquqa riayət etməsini təmin etməyə çağırıb.

“Qafqazinfo” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündən sonra bəyanatla çıxış edib. 

"Mən Baş katibi Rusiyanın məhbuslarla bağlı beynəlxalq hüququn bütün normalarına əməl etməsini təmin etmək üçün BMT-nin bütün imkanlarından istifadə etməyə çağırdım. Biz Yelenovkaya missiya göndərməyi müzakirə etdik", - Zelenski deyib.

O, həmçinin vurğulayıb ki, Yelenovkada 50-yə yaxın ukraynalı hərbi əsirin  öldürüldüyü terror aktı ilə bağlı tam həqiqəti müəyyən etmək lazımdır.