Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya rəsmi səfər edib.
“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiya Prezidenti Sauli Niinistönün Ofisi yayıb.
Zelenski Niinistö ilə Ukraynadakı hazırkı vəziyyəti, Finlandiyanın ölkəyə yardımını və iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edəcək.
Bununla yanaşı, paytaxt Helsinkidə Ukrayna və Şimali Avropa ölkələrinin sammiti keçiriləcək. Bu görüş zamanı da Ukraynaya dəstək və digər təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Son xəbərlər
Son Xəbərlər